| Bu saytın yaradılması Açıq Cəmiyyət İnstitutu Yardım fondunun ayırdığı qrant sayyəsində həyata keçirilmişdir. Bu saytda biz Azərbaycanda Qeyri Hökümət Təşkilatları və onların fəaliyyətləri haqda məlumat verməyə çalışırıq. Sayta indiyədək çap olunmamaış məqalələrlə yanaşı müxtəlif qəzetlərdən «Azadlıq» Qəzeti, «Yeni Musavat» qəzeti və
ISAR/Azərbaycanın nəşr etdiyi “Üçüncü sektorun yenilikləri» adlı bülletenindən götürülmüş məqalələr daxil
edilib.
Bu saytda siz Qeyri Hökümət Təşkilatı mövhumu ilə tanış ola bilərsiniz, Qeyri Hökümət Təşkilatlarının Azərbaycanda göstərdiyi fəaliyyət haqqında qısa məlumat ala bilərsiniz, QHT-lərə aid istədiyiniz məlumatı bu saytda yerləşdirə bilərsiniz.
Bundan başqa bu saytda siz Azərbaycan QHT-lərinin fəaliyyətini dəstəkləyən fondlarla tanış ola bilərsiniz və onların internet səhifələrinə çıxa bilərsiniz.
|